RU

“Finex Kredit”də növbədənkənar yığıncaq keçiriləcək - 5 MÜHÜM MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK

16 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Nizamnaməyə dəyişiklik edilməsi barədə müzakirə.

2. Səhmin alqı-satqısı barədə müzakirə.

3. Müşahidə Şurasının tərkibi barədə müzakirə.

4. Şirkətə maliyyə köməyinin edilməsi barədə müzakirə.

5. Digər məsələlər.

Qeyd edək ki, “Finex Kredit” BOKT ASC 06 sentyabr 2024-cü il tarixdə Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının keçiriləcəyini bildirmişdi.  Gündəlikdəki məsələlər:  Müşahidə Şurasının tərkibi barədə və mühüm iştirak payı ilə bağlı müzakirələr idi.

Избранный
18
1
marja.az

2Источники