RU

Sabiq prezidentin pensiyasını KƏSDİLƏR

Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerin pensiyası kəsilib.

Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb onun barəsində korrupsiya işi ilə bağlı 6 il həbs qərarının verilməsi olub.

Argentina prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi hökumət sabiq dövlət başçısına verilən pensiyanın dayandırılması barədə qərar qəbul edib.

Hökumət sözçüsü Manuel Adorni bildirib ki, Kirşner iki ayrı təqaüd maaşı alırdı və bu, dövlətə aylıq 21 min 800 dollar xərcə başa gəlirdi. "Korrupsiya səbəbindən məhkum edilmiş bir şəxsə belə bir ödəniş etmək qəbulolunmazdır və bu səbəbdən de Kirşnerin həm təqaüd, həm də dul qadın pensiyasının ödənişi dayandırılıb", - o deyib.

2007-2015-ci illərdə Argentinaya rəhbərlik edən Kirşner cəzanın ədalətsiz olduğunu bildirib və yuxarı instansiyalara müraciət edib.

Избранный
13
3
korrespondent.az

4Источники