RU

"Trampı ÖLDÜRMƏYƏCƏYİK"! Bu ölkə ABŞ-a söz verdi! Qasım Süleymaninin qanı batdımı...

ABŞ mətbuatında yayılan məlumatlara görə, İran və Amerika arasında keçmiş prezident Donald Trampa qarşı süiqəsd cəhdləri ilə bağlı rəsmi razılıq əldə olunub. Məlumata görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri İran tərəfinə Trampa qarşı potensial təhlükələrin birbaşa milli təhlükəsizlik məsələsi olduğunu çatdırıb və bu məsələdə razılıq əldə edilib.

Musavat.com bildirir ki, ABŞ rəsmiləri ilə İran arasında sentyabr ayından etibarən başlanan diplomatik yazışmalarda əsas mövzu Donald Trampa qarşı potensial süiqəsd cəhdlərinin dayandırılması olub. İddialara görə, ABŞ tərəfi bu məsələni milli təhlükəsizlik prioriteti olaraq qeyd edib və İranın bu mövzuda açıq və birmənalı bəyanat verməsini tələb edib.

İran tərəfi, xüsusilə BMT-dəki nümayəndələri vasitəsilə, Trampa qarşı heç bir süiqəsd planlaşdırmadığını və belə bir addımı atmayacağını bəyan edib. Bu bəyanat son günlərdə yenidən gündəmə gəlib və İranın mövqeyinin qəti olduğunu vurğulayıb.

Hadisənin kökü - Qasım Süleymaninin qətli

WhatsApp

Musavat.com xatırladır ki, Donald Trampın prezidentliyi dövründə, 3 yanvar 2020-ci ildə, ABŞ-ın hərbi dron hücumu nəticəsində İranın güc strukturlarının əsas fiqurlarından biri olan general Qasım Süleymani öldürüldü. Bu hadisə iki ölkə arasında münasibətləri daha da gərginləşdirdi və İran tərəfi Trampı birbaşa hədəf elan etdi.

Müxtəlif mənbələrə görə, Trampın keçirdiyi seçki kampaniyaları dövründə ona qarşı təşkil edilən ardıcıl qəsdlərin arxasında İran dayanırdı. Bu hadisələrdən sonra ABŞ-ın İranla bu məsələni həll etmək üçün bir sıra gizli danışıqlar apardığı bildirilib.

İlon Musk bu danışıqlarda iştirak edibmi?

WhatsApp

İran və ABŞ arasındakı razılıqlarda milyarder İlon Maskın da iştirak etdiyi barədə iddialar var. Musk-ın danışıqlarda hansı rol oynadığı aydın olmasa da, bu məlumatlar geniş müzakirələrə səbəb olub.

ABŞ və İran arasında qeyri-rəsmi razılaşma

Iran,

Bu gün gəlinən nəticə onu göstərir ki, İranın Donald Trampa qarşı hər hansı təhlükəni planlaşdırmadığı barədə rəsmi açıqlamaları ABŞ tərəfindən məmnuniyyətlə qarşılanıb. Lakin bu razılaşmanın hər iki tərəfin münasibətlərinə necə təsir göstərəcəyi hələ də müzakirə mövzusudur.

Musavat.com bu mövzuya dair TV Musavatda gedən xəbəri də təqdim edir. Burada bir sıra detallar vardır:

Musavat.com

Избранный
37
50
musavat.com

10Источники