RU

AYNA sürücülərə qəza riski yaradan təhlükəni aradan qaldırdı - VİDEO

Bakıda sürücülərə yaranan təhlükə ilə bağlı məlumat dərc etmişdik. Belə ki, paytaxtın Mikayıl Müşviq küçəsilə İsmayıl bəy Qutqaşınlı küçəsinin kəsişməsində sürücülər təhlükə ilə üz-üzə qalırdılar. Yolayrıcından sonra döngənin başlaması və asfalt üzərində nişanlanma xəttinin olmaması sürücüləri əks yola çıxarırdı. Bu isə hər iki istiqamətdən gələn avtomobillərə təhlükə yaradırdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həmin təhlükəni aradan qaldırmaq məqsədilə yolayrıcında 1.7 nişanlanma xətti tətbiq edib. Qeyd edək ki, bu xətt yolayrıcının hüdudlarında hərəkət zolaqlarının sərhəddini göstərir. Həmin xəttin tətbiq edilməsi sürücülərin əks yola çıxmasının qarşısını alır./avtosfer.az

Избранный
34
1
news24.az

2Источники