RU

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşü keçirilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşü təşkiledilib.

Trend xəbər verir ki, tədbirBMT-nin Ətraf Mühit Proqramının regional ofisinin və İqlimDəyişikliyi Bölməsinin direktoru Deçen Tserinqin moderatorluğu iləkeçirilib.

Dairəvi iqtisadiyyat resurslara qənaət etmək üçün nəzərdətutulmuş regenerativ iqtisadi modeldir. Bu model iqlim dəyişilməsi,çirklənmə və biomüxtəlifliyin tükənməsi kimi böhranları aradanqaldırmaq üçün həllər təklif edir.

“Dairəvi iqtisadiyyata keçid üçün regionlararası tərəfdaşlığıngücləndirilməsi: resurs səmərəliliyi vasitəsilə iqlimə dayanıqlı vədavamlı gələcəyə doğru” mövzusunda keçirilən tədbirdə iqtisadiyyatnazirinin müavini Səməd Bəşirli İƏT-in üzv ölkələrin iqtisadiəməkdaşlığının inkişafında mühüm rolunu vurğulayıb. Bildirilib ki,böyük iqtisadi resurslara malik İƏT regionu davamlı inkişafıntəşviqində liderlik üçün unikal mövqeyə malikdir. İƏT enerjitəhlükəsizliyindən tutmuş, ekoloji davamlılığa qədər kritikproblemlərin həlli üçün önəmli platformadır. Qeyd olunub ki,qurumun dairəvi iqtisadiyyatın təşviqində mühüm təşəbbüsləri var.Diqqətə çatdırılıb ki, tədbirdə qəbul ediləcək “Bakı resurssəmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə” resurssəmərəliliyinə dair kollektiv öhdəliyi əks etdirən mühüm sənəddir.Bəyannamə dairəvi iqtisadiyyata qlobal keçid prosesində İƏTregionunun öncül mövqedə olmasına şərait yaradacaq. Daha bir sənədisə “İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyatüzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat”dır. Butəşəbbüs dairəvi iqtisadiyyata ədalətli keçidi təmin etməyə həsrolunmuş regional əməkdaşlıq platforması yaratmaq məqsədi daşıyır.Bununla üzv dövlətlər və beynəlxalq tərəfdaşlar innovasiyalarıtəşviq edən və iqlimə davamlılığı artıran birgə fəaliyyətlərə cəlbediləcək.

Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Xan,BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasınınicraçı katibi Armida Salsiya Alişabana, BMT baş katibinin müavini,BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqerAndersen dairəvi iqtisadiyyatın inkişafı üçün lazım gələnşərtlər, ölkələrin birgə təşəbbüsləri, beynəlxalq əməkdaşlığın buyöndə gücləndirilməsi və digər məsələlər barədə fikirlərinibildiriblər.

Həmçinin sənədlərin təqdimatı keçirilib, müzakirələraparılıb.

Yekunda “Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrəBəyannamə” və “İƏT regionunda resursların davamlılığı və dairəviiqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair BirgəBəyanat” qəbul edilib.

İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
Избранный
46
4
az.trend.az

7Источники