RU

COP29-da maliyyə monitorinqi orqanları ətraf mühit cinayətləri ilə bağlı müzakirələr aparıblar

Azəraycanın Maliyyə Monitorinqi Xidməti (MMX) və "Eqmont" Qrupunun təşkilatçılığı ilə COP29 çərçivəsində "Maliyyə kəşfiyyatının antropogen iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə töhfə verməsi üçün imkanlar" və “Ətraf mühit cinayətləri ilə mübarizədə maliyyə monitorinqi orqanlarının və onların hüquq-mühafizə sahəsində tərəfdaşlarının rolu” mövzularında panel müzakirələr təşkil edilib.

"Report" xəbər verir ki, panel müzakirələrin birinci sessiyasında ekoloji cinayətlərdən əldə edilən əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və proqnozlaşdırılan cinayətlərə qarşı mübarizədə milli və beynəlxalq səylərin dəstəklənməsi məqsədilə maliyyə, investisiya və ticarət sahələri üzrə əməkdaşlıq, ətraf mühit cinayətləri və onların təsirləri, qlobal maliyyə kəşfiyyatı və mübarizə strategiyaları kimi aktual mövzular müzakirə olunub.

MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə və BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Fathi Vali maliyyə kəşfiyyatı və iqlim dəyişilməsi üzrə global səviyyədə görülən işlər və qarşıda duran çağırışlar barədə mühüm məsələlərdən danışıblar.

Eqmont Qrupunun sədr müavini Mohammed Şahid Ahmedin moderator olduğu sessiyada "Eqmont" Qrupunun icraçı katibi Ceromi Bomont, "İnterpol"un prezidenti Ahmed Naser Al-Raisi və Cənubi Afrika Maliyyə Kəşfiyyatı Mərkəzinin icraçı direktoru Piter Smit spiker qismində çıxış ediblər.

MMX-nin İdarə Heyəti sədrinin müavini Azər Abbasovun moderator olduğu ikinci sessiyada isə maliyyə monitorinqi orqanlarının (MMO) ətraf mühitə qarşı cinayət şəbəkələrini aşkar etmək və qarşısını almaqda rolundan, "Eqmont" Qrupuna üzv olan MMO-ların effektiv fəaliyyət göstərməsi üçün təhlükəsiz platforma ilə təmin edilməsindən bəhs edilib. Sessiyada MMX-nin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin eksperti Fabrizio Fioroni, Cənubi Afrika Maliyyə Kəşfiyyatı Mərkəzinin icraçı direktoru Piter Smit çıxış ediblər. Spikerlər MMO-ların ətraf mühit cinayətləri ilə mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlığının əhəmiyyətindən bəhs ediblər.

Избранный
45
far.az

1Источники