RU

COP29-un Prezidenti Azərbaycan QHT-lərinin pavilyonundakı şərait barədə məlumandırılıb

COP29-un Prezidenti Muxtar Babayev Azərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonuna baş çəkib.

Yeni Gundem” xəbər verir ki, COP29 Təşkilat Komitəsinin üzvü, AMQF-nin İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva pavilyonda yaradılan şərait barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan QHT-ləri COP29-da yüksək fəallıq nümayiş etdirir, mühüm təqdimatlar, xarici tərəfdaşları ilə birgə beynəlxalq tədbirlər keçirir. Artıq Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin, COP28, COP29, COP30 ölkələrinin üçlük formatında vətəndaş cəmiyyəti təsisatlarının birgə konfransları təşkil olunub. Eyni zamanda, diqqətə çatdırılıb ki, qarşıdakı günlərdə Xəzər dənizinin ekologiyası mövzusunda Xəzəryanı ölkələrinin QHT-lərinin ayrıca beynəlxalq konfransı keçiriləcək. COP29 çərçivəsində həmçinin türk dövlətlərinin QHT-lərinin təşkilatlanması prosesi gedir, ortaq tədbirin keçirilməsi planlaşdırılır.

M.Babayevə məlumat verilib ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına artıq 100-ə yaxın ölkədən 410-dan çox QHT qoşulub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin bütün qalib QHT-lərinin layihələr çərçivəsində Milli QHT Forumu Pavilyonunda xarici tərəfdaşları ilə birgə tədbirləri olduğunu, bu tədbirlərin uğurla keçirildiyini bildirib.

COP29 Prezidenti Muxtar Babayev Azərbaycan QHT-lərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Избранный
9
8
yenigundem.az

9Источники