"Barselona" klubunun prezidenti Xuan Laporta artıq Bakıdadır.
Apasport.az xəbər verir ki, o, paytaxtda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.
Kataloniya klubunun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.
U-17 yığmamız da rəqibinə məğlub olub
Fərqli rəqib, eyni hesab - Millimiz yenə uduzdu
"Real"ın futbolçusu baş hakimi təhqir edib
İsveç - Azərbaycan matçının təyinatları bəlli olub
Şahruddin Məhəmmədəliyev: "Milli onsuzda hər zaman yüksək təzyiq altında oynayır" - Müsahibə