Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti öz Teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan prezident Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona Ermənistanla ABŞ arasında son illər münasibətlərin inkişafı və hazırkı vəziyyəti barədə məlumat verib.
Ermənistan Nazirlər Kabineti əlavə edib ki, “regional gündəliyə aid məsələlər də müzakirə olunub”.