RU

Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazanıb – YENİLƏNİB-3

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

"Report" xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

19:02

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

18:47

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

18:00

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.

"Report" xəbər verir ki, C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

Избранный
51
41
report.az

10Источники