RU

Cəlilabadda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində növbəti profilaktik tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.

"Cebheinfo.az"

Избранный
47
7
cebheinfo.az

10Источники