RU

Azərbaycanın ev sahibliyi ilə yeni COP dövrü başlayır

Bakı.Trend:

Azərbaycanın ev sahibliyi ilə faktiki yeni COP erası başlayır.Bakı COP həssas qruplardan və icmalardan olan, iqlimdəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün əneffektiv platformadır.

Bunu Trend-əaçıqlamasında COP29-un təşkilat komitəsinin üzvü, deputat NigarMəmmədova deyib.

O bildirib ki, COP29-da aparılan müzakirələrdən aydın olur ki,inkişaf etmiş dövlətlərdən daha çox gözləntilər var.

“Çünki dünyada çirklənmənin 90 faizi məhz bu ölkələrin payınadüşür. Xüsusilə
G20 ölkələri bu prosesə
əhəmiyyətli dərəcədə töhfə verə bilər.
Görünən budur ki, bu vaxta qədərki fəaliyyət sadəcə imitasiya idi.Hər kəs yaşıl bayraqlar altında pərdələnir, guya iqlim dəyişikliyiilə mübarizə aparırdı. Amma Bakı COP məsələyə real yanaşma nümunəsiortaya qoydu. COP29-un açılış mərasimində Prezident İlham Əliyevhər zaman olduğu kimi bu dəfə əsl reallıqlardan danışdı. Qarşıdaduran hədəfləri aydın şəkildə təhlil etdi. Cənab Prezidentölkəmizin COP29-un ev sahibi kimi prioritetlərini bir dahabeynəlxalq iqcitmaiyyətin diqqətinə çatdırdı.
Aydındır ki, neft-qaz sənayesindən dərhal əl çəkmək mümküngörünmür. Yaşıl enerji hazırda neft və qazı tam əvəz etmək gücündədeyil. Ona görə də burada balans yaratmaq, ətraf mühiti mühafizəetməyin yolları tapılmalıdır. Dünyanı daha çox çirkləndirənölkələrin “yaşıl enerji”dən danışması ilə məsələ həllini tapmır,iqlim problemləri həll olunmur. Konkret əmələ keçmək lazımdır.Azərbaycan neft-qaz ölkəsi olsa da çirkləndirmədə payı azdır, ammabununla belə ən real məsələləri elə ölkəmiz qaldırır. Dövlətbaşçımızın da söylədiyi kimi, “yaxşı olardı ki, ən azı onlarözlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərininqonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qazatılmalarındakı payı cəmi 0,1 faizdir. Azərbaycan həm də QoşulmamaHərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib,COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızıdəstəkləməkdə davam edəcək”.
Prezident İlham Əliyev COP29-da həm də açıq danışmağın əsasınıqoydu.
COP29-un təşkilatçılığı da yükəsk səviyyədədir. Dünyanın nüfuzluliderləri, iqlim mütəxəssisləri Bakıya toplaşıb. 196 ölkədən 72 miniştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident,vitse-prezident, baş nazir olması COP29-da demək olar ki, bütündünyanın toplaşdığını deməyə əsas verir.
COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılmasıistiqamətində mühüm addımlar atılmaqdadır. Artıq 9 il əvvəl qəbulolunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı ParisSazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya da nail olunub. Bu isəsazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmanınəldə olunmasına ümidləri artırır. COP29-dan ən böyük gözləntilərdənbiri də budur.
Bakı COP-da beynəlxalq maliyyə korporasiyaları da öz maliyyətöhfələrini artıracaqlarını bəyan ediblər. Bu da yeni iqlimmaliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçünCOP29-da müzakirələr üçün yaxşı mühit yaradır.

Azərbaycanın Yaşıl gündəliyi də COP29 iştirakçılarının diqqətinəçatdırıldı. Dövlət başçımız da bildirdi ki, bərpaolunan enerjidəölkəmizin texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157giqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bpşirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd iləvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsiilə bağlı imzalanacaq saziş isə əlavə imkanlar yaradır.
COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ticarətinmaliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsiməqsədilə razılaşmalar da əldə olundu. Bu anlaşmalar xüsusilə kiçikvə orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarınıgenişləndirəcək. Eyni zamanda karbon izlərini azaldan və yaşılticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək.
İştirakçılar COP29-u ən yaxşı COP platforması kimi qiymətləndirir.Hər kəs Bakıda aparılan müzakirələrin dayanıqlı və uzunmüddətlinəticələr verəcəyinə ümid edir”,-deyə o qeyd edib.

Избранный
33
1
az.trend.az

2Источники