“Nəticə baxımından biz güclü olduq. Oyuna və epizodlara baxsaq bərabər oyun idi. Amma bugünkü ikinci hissə bizim üçün çox çətin oldu”.
İdman.biz-in Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Millətlər Liqasında Azərbaycanın rəqibi olan Estoniya yığmasının baş məşqçisi Yurgen Henn deyib.
Gənc mütəxəssis Qəbələdə Azərbaycan millisi ilə qolsuz heç-heçə bitən oyunu şərh edib. O bildirib ki, bugünkü qazandığı 1 xal onlar üçün çox önəmlidir: “Turnir cədvəlinə baxsaq 3 xala bərabər nəticə qazandığımızı deyə bilərik. Futbolda ən önəmli olan nəticədir. Oyundan əvvəl daha əlverişli vəziyyətdə idik”.
Məşqçi Qəbələ haqqında fikirlərini də bölüşüb: “Çox xoşbəxtsiz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komanda azdır. Bizi çox yaxşı qarşıladılar. İnsanlar dostcanlıdırlar. Buna görə minnətdarıq”.
Qeyd edək ki, millimiz son oyunu noyabrın 19-da səfərdə İsveçə qarşı oynayacaq.
Emin Ağa
İdman.biz