RU

Amerikalı ekspertdən Ermənistana “xilas” təklifi

Amerikalı iqtisadçı Cefri Saks şənbə günü İrəvanda bildirib ki, Qərbin Ermənistana Rusiya və İranla əməkdaşlıq etməmək çağırışları ölümcül düşüncədir.

Musavat.com-un məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb.

Ekspertin sözlərinə görə, texnoloji cəhətdən geri qalmamaq üçün Ermənistana istehsal sahələri üzrə ağlabatan strategiyalar lazımdır.

“Bütün bunlara əməkdaşlığın qurulduğu regionda və bütün dünyada əməkdaşlıq şəraitində nail olmaq olar”, - deyə amerikalı ekspert bildirib.

Cefri Saks iddia edib ki, Ermənistan nəqliyyat marşrutlarını inkişaf etdirsə, bu transformasiyada uğur qazanacaq.

“Dəhliz üçün düzgün ideya Şimal və Cənub və Qərb və Şərq arasında ticarətin regional əsasına malik iqtisadi şəbəkənin bir hissəsi olmaqdır”, - Saks bildirib.

Onun sözlərinə görə, bunun üçün Azərbaycan, Türkiyə, Rusiya və İranla yaxşı münasibətlər lazımdır.

"Bütün bunlara əsaslanaraq iqtisadi inkişaf strategiyası təklif edirəm. Qərb təfəkkürü belədir: bunların heç biri mümkün deyil, biz heç vaxt Rusiya ilə əməkdaşlıq etməyəcəyik, İranla əməkdaşlıq etməyəcəyik. Yaxşı oğlanlar var, pislər var, yaxşılarla qalın, biz sizə kömək edəcəyik, sizi xilas edəcəyik. Bu, ölümcül təfəkkürdür", - ekspert xəbərdar edib.

“Çinin sülh vasitəçisinə çevrildiyi İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər düzgün düşüncədir”, - deyə o əlavə edib.

Musavat.com

Избранный
44
musavat.com

1Источники