Çin Xalq Respublikasının Sədri Si Szinpin Amerika lideri Cozef Baydenlə görüşdən əvvəl bildirib ki, Çin hakimiyyəti 2025-ci il yanvarın 20-də ölkəyə rəhbərlik edəcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə işləməyə hazırdır.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, Pekin iki xalqın rifahı naminə ABŞ-ın yeni administrasiyası ilə əlaqə saxlamaq, əməkdaşlığı genişləndirmək və fikir ayrılıqlarını həll etmək üçün işləməyə hazırdır.
“Bu yaxınlarda ABŞ-da seçkilər başa çatıb. Çinin məqsədi Çin və ABŞ arasında sabit, sağlam və davamlı əlaqələrdir. Bu məqsəd dəyişməz olaraq qalır”.\\report.az