Bakı. Trend:
Qırğızıstanın 33 şəhər və 231 kəndində yerli şuralara deputatseçkiləri bu gün başlayıb.
Trend xəbər verirki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkiləryerli vaxtla saat 08:00-da başlayıb və 20:00-dək davam edəcək (Bakıvaxtı ilə 06:00-18:00).
Səsvermə prosesini Azərbaycan, Rusiya, Belarus, Gürcüstan,Qazaxıstan, Türkiyə və digər ölkələrdən olan 54 beynəlxalqmüşahidəçi izləyir. Qırğızıstanda bütün seçkilər, o cümlədən bu günkeçirilən seçkilər, elektron seçki qutuları vasitəsilə təşkiledilir. Bu sistem ilkin nəticələrin dərhal mərkəzi serverəötürülməsinə imkan verir.
Seçkilərdə 4928 deputatlığa namizəd iştirak edir. Daxili işlərnaziri Ulanbek Niyazbekov seçki günü təhlükəsizliyin təmin edilməsiüçün 15 minə yaxın polis əməkdaşının cəlb edildiyini bildirib.