RU

Bayden Si Cinpinlə Rusiya - Ukrayna müharibəsini müzakirə etdi

ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində iki ölkə arasındakı münasibətləri qiymətləndirmək üçün görüşüblər.

Bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, bu, Baydenin prezidentliyi dövründə liderlərin üçüncü və sonuncu şəxsi görüşüdür. Danışıqlar iki saata yaxın davam edib.

Hər iki lider görüşdən iki ölkənin müxtəlif sahələrdə əlaqələrini nəzərdən keçirmək üçün istifadə ediblər.

İki lider arasında Peruda keçirilən görüşün mövzularından biri də Rusiyanın Ukraynaya qarşı müharibəsi olub. Bayden Çinin Rusiya müdafiə sənayesini dəstəkləməyə davam etməsindən narahatlığını ifadə edib. Si Cinpin cavabında xatırladıb ki, Pekin Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və "məkik diplomatiyası"nın aparıcısı kimi çıxış edir.

Çin lideri bildirib ki, Pekin Baydeni tezliklə əvəz edəcək Donald Trampın yeni administrasiyası ilə işləməyə hazırdır, baxmayaraq ki, seçilmiş prezident artıq Çinlə yeni ticarət müharibəsi elan edib və açıq-aşkar "sərt xətt" seçib.

Mənbə: oxu.az

Избранный
46
2
oxu.az

3Источники