RU

''Fənər''in 20 milyonluq transferi Batşuayidən geri qalır

Məlum olduğu kimi Mişi Batşuayi bu yay ''Fənərbaxça''dan ayrılmış və azad agent statusunda əzəli rəqib ''Qalatasaray''a yollanmışdı.

''Fənər'' isə onun əvəzinə 20 milyon avro ödəyərək Türkiyə rekordunu yenilədi və ''Sevilya''dan Yussef Ən-Nəsirini heyətinə qatdı. Mövsümün artıq 1/3 hissəsi geridə qalıb və bu futbolçuların göstəricilərini müqayisə etdikdə ortaya maraqlı məqam çıxır. Osimhenin transferindən sonra 3-cü forvard statusuna düşən belçikalı forvard indiyə qədər ''Qalatasaray''da 17 rəsmi oyunda 441 dəqiqə meydanda olub və aktivinə 5 qol, 2 məhsuldar ötürmə yazıb. Yəni o, hər 88 dəqiqəyə 1 qol vurur.

Ən-Nəsiri isə indiyə qədər ''Fənər''də 17 rəsmi oyunda 793 dəqiqə meydanda olub və 4 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib ki, bu da hər 198 dəqiqəyə 1 qol deməkdi. Başqa sözlə desək, Batşuayi hələ ki, Ən-Nəsiridən daha faydalı oynayır! ''Fənər''in 3-cü forvardı statusunda olan Cenk Tosun isə ümumiyyətlə indiyə qədər 7 qarşılaşmada şans qazandığı 88 dəqiqə ərzində qol hesabını aça bilməyib.

ƏLİ

Избранный
44
football-plus.az

1Источники