RU

“New Yorker”in qurucusu vəfat etdi

Alman milyarder və sahibkar, məşhur “New Yorker” geyim şəbəkəsinin qurucusu və rəhbəri Fridrix Knapp 73 yaşında vəfat edib.

 

Bu barədə “Braunschweiger Zeitung” portalı məlumat yayıb.

 

Bildirilib ki, Knapp İsveçrədə uzunmüddətli müalicədən sonra ötən həftə getdiyi Zült adasında dünyasını dəyişib. Onun təxminən bir il əvvəl ağır xəstəliyə tutulduğu deyilir.

 

Qeyd edək ki, Fridrix Knapp 1971-ci ildə Tilmar Hansen və Mişel Simson ilə birlikdə “New Yorker” geyim şəbəkəsini qurub. İlk mağaza Almaniyanın Flensburq şəhərində açılıb. 

 

“Forbes”in məlumatına görə, Knappın sərvəti 4,6 milyard dollar olaraq qiymətləndirilir.

 

Qafqazinfo

Tarix: 17 Noyabr 2024, 11:56   
Избранный
6
6
pravda.az

9Источники