RU

ABŞ, Yaponiya və Avstraliya üçtərəfli hərbi-desant təlimləri keçirmək qərarına gəliblər

ABŞ, Yaponiya və Avstraliyanın müdafiə nazirlikləri təhlükəsizlik üzrə üçtərəfli məsləhətləşmələr mexanizmini işə salmaq barədə razılığa gəliblər. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin, Yaponiyanın müdafiə naziri Gen Nakatani və Avstraliyanın müdafiə naziri Riçard Marles birgə bəyanatda bildiriblər.

Sənəddə deyilir: “Biz Yaponiya Özünümüdafiə Qüvvələri, Avstraliya Müdafiə Qüvvələri və Birləşmiş Ştatların Silahlı Qüvvələri üçün siyasət və əməliyyat məqsədlərinin koordinasiyasını dəstəkləmək üçün üçtərəfli müdafiə məsləhətləşmələrinin yaradılmasını elan edirik”.

Bundan əlavə, tərəflər silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinin artırılması sahəsində Avstraliya və ABŞ arasında əməkdaşlıqda Yaponiyanın artan iştirakını alqışlayıblar.

O cümlədən, tərəflər hər il üçtərəfli desant təlimləri keçirməyi qərara alıblar.

Oxuməni.az

Избранный
36
oxumeni.az

1Источники