RU

Keniyalı iştirakçı: Azərbaycanın COP29-un təşkilində göstərdiyi səylər möhtəşəm və diqqətəlayiqdir

COP29-da yeni qlobal iqlim maliyyəsi məqsədinin müəyyənləşdirilməsi ilə bağlı qərarların qəbul ediləcəyini gözləyirik. Bu, olduqca əhəmiyyətli bir addımdır. Həmçinin karbon bazarlarının tənzimlənməsi istiqamətində müəyyən yekunlaşdırma işlərinin görüləcəyinə ümid edirik. Bu iki məsələ COP29 iqlim sammitinin prioritetləri sırasındadır.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 iqlim sammitinin keniyalı iştirakçısı Dolfin Magero deyib.

COP29-un təşkilatçılığını yüksək qiymətləndirən qonaq tədbirdəki ümumi koordinasiyanı və könüllülərin fəaliyyətini xüsusilə vurğulayaraq bildirib: “Azərbaycanın bu tədbirin təşkilində göstərdiyi səylər möhtəşəm və diqqətəlayiqdir. Tədbirin çox yaxşı planlaşdırıldığını, yüksək səviyyədə koordinasiya olunduğunu müşahidə edirik. Xüsusilə könüllülərin hazırlığı və həmişə yardım etməyə hazır olmaları çox təsiredicidir. Ümumiyyətlə, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib”.

Избранный
40
1
ikisahil.az

2Источники