RU

İstilik verildi, ancaq...

Noyabrın 15-dən  Bakıda bütün binalar istilik verilməliydi.

Başqalarını deyə bilmərik,  amma bizim yaşadığımız binaya deyilən vaxt istilik verildi.Bu bir çoxlarının sevincinə səbəb oldu və o cümlədən biz də sevindik! Və nə yaxşı ki, binalara istilik verildi.Ümumiyyətlə, həm mövcud qurum, həm də abonentlər müqavilə imzalayıb.O müqavilə şərtlərinə hər iki tərəf əməl etməlidir.

İndi düzdür, istilik verilir, ancaq aşağı təzyiqdə, bu isə mənzilləri qısdırmır.Bizim mənzilin ikisində istilik sistemi işləmir.Və o cümlədən qonşularda da  belədir.Hansı ki, mövcud qanunla istilik bütün otaqlarda olmalıdır.Mənzilərinin hamısında istilik oldu- olmadı adiyyatı qurum abonentlərdən o pulları alır.

Yaxşı indiki pulu alırsınız onda zəhmət çəkib, istiliyi normal verin! Hələ ki, havalar bir o qədər də soyuq keçmir, amma qarşıdan soyuq qış ayları- dekabr, yanvar, fevral ayları gəlir.Ona görə də həmin qıs aylarında  heç olmasa, normal istilik verilsin!

Emil Faiqoğlu       

Избранный
55
adalet.az

1Источники