RU

Azərbaycan millisinin üç futbolçusu İsveçə aparılmır

Futbol üzrə Azərbaycan millisinin üç üzvü UEFA Millətlər Liqasının Liqa mərhələsində İsveç yığmasına qarşı oyunda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev cəzalı duruma düşdüyü üçün növbəti matçda millimizə kömək edə bilməyəcək. O, ötən gecə baş tutan Estoniya ilə oyunda növbəti sarı vərəqə almaqla cəzalı duruma düşüb.

Mərkəz müdafiəçisi Rahil Məmmədov isə zədələndiyi üçün yığmadan ayrı düşüb. O da Estoniya ilə görüşdə zədə aldığı üçün matçın 5-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Rahil və Elvinlə yanaşı, yarımmüdafiəçi Mustafa Əhmədzadə də İsveçlə matçda iştirak etməyəcək. Əhmədzadə viza ala bilməyib. Bu üzdən də adları çəkilən oyunçular İsveçə aparılmayacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 19-da İsveç yığmasının qonağı olacaq. Solna şəhərindəki “Strauberri Arena”da təşkil olunacaq oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Избранный
33
arena.az

1Источники