RU

AK Partiya Beylikdüzü Rayon Mərkəzinə hücum edilib

İstanbulda (Türkiyə) AK Partiya Beylikdüzü Rayon Mərkəzinə gecə saatlarında hücum edilib.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, hücum edən şəxs rayon qərargahının şüşələrini daş və kərpiclə sındırıb. Polis cinayəti törədənləri tutmaq üçün səylərini davam etdirir.

AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe “X” sosial şəbəkə hesabında qeyd edib: “Dünən gecə AK Partiya Beylikdüzü Rayon qərargahımıza qarşı törədilən vəhşi hücumu şiddətlə qınayıram və açıq şəkildə bildirmək istəyirəm ki, bu xain cəhdi planlaşdıran və dəstəkləyənlərə qarşı hüquqi müstəvidə mübarizə aparacağıq”.

Hücumla bağlı AK Partiya Beylikdüzü Rayon Mərkəzinin sədri Ömər Çolak fikirlərini “X”də yazıb: "Dünən gecə AK Partiya Beylikdüzü Rayon Mərkəzimizə edilən xain hücumu qınayırıq. Bu alçaq hücumu həyata keçirənlərə və onları dəstəkləyənlərə açıq şəkildə bildiririk ki, Vətənimiz və Beylikdüzü üçün mübarizəmizi əzmlə davam etdirəcəyik”.

Çolak sosial media hesabında hücumun fotolarını da paylaşıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
49
ikisahil.az

1Источники