RU

Ermənipərəst ABŞ konqresmendən üzr istəməsi tələb olundu - YENİLƏNİB-3

Xəbərə foto əlavə edilib.

***

15:06

Xəbərə video əlavə edilib.

***
14:55

Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı onun qaldığı hotelin qarşısında Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etiraz aksiyası bu gün də davam edib.

APA xəbər verir ki, aksiya iştirakçıları daim Azərbaycan xalqına qarşı qərəzli mövqeyi ilə seçilən F. Peloninin dərhal üzr istəməsini, fikirlərinə düzəliş etməsini, eləcə də dərhal Bakını tərk etməsini tələb ediblər.

Bundan sonra hotelin arxasına toplaşan aksiya iştirakçıları F.Peloni və onun qərəzli ermənipərəst mövqeyinə qarşı şüarlar səsləndiriblər.

İctimaiyyət nümayəndələri bu cür şəxsin COP29 kimi mötəbər beynəlxalq tədbirdə iştirakını yolverilməz adlandırıblar.

Respublika Şəhid Ailələrinə Qayğı İctimai Birliyinin sədri Müşfiq Əliyev Peloninin dəfələrlə Qarabağı Ermənistanın ərazisi adlandırdığını xatırladıb:

"Biz bu gün biz onun dərhal Azərbaycanı tərk etməsini istəyirik. Bunu tək biz yox, həm də minlərlə veteran və şəhid ailələri istəyir. Bu gün Peloninin BMT tərəfindən bura dəvət olunması bizim hər birimizi çox incidib. Bu gün də Milli Dirçəliş Günüdür. Belə bir gündə biz Peloninin bizim torpağımıza ayaq basmasını istəmirik. O erməni lobbisinin maliyyəsi ilə maliyyələşir, onlarla nəfəs alır".

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də Peloninin dərhal Azərbaycanı tərk etməsini tələb edib:

"O ermənilərin mövqeyini dəfələrlə müdafiə edib. Biz onun Azərbaycana ayaq basmasını istəmirik. Azərbaycanın dostları ilə dost, düşməni ilə düşmən kimi davranmaq lazımdır. Fəaliyyətini ölkəmizin əleyhinə quran Peloninin Azərbaycana gəlməsi yolverilməzdir. Ona Azərbaycanın torpağı haram olsun. Biz onun dərhal ölkəmizdən çıxmasını istəyirik".

Frank Peloni əleyhinə şüarlarını davam etdirən aksiya iştirakçıları bir qədər sonra ərazini tərk edib.

***

14:21

Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı onun qaldığı hotelin qarşısında Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etiraz aksiyası bu gün də davam edir.

APA xəbər verir ki, aksiya iştirakçıları daim Azərbaycan xalqına qarşı qərəzli mövqeyi ilə seçilən F.Peloninin dərhal üzr istəməsini, fikirlərinə düzəliş etməsini, eləcə də dərhal Bakını tərk etməsini tələb edirlər.

Xəbər yenilənəcək.

Frank Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst Ermənipərəst
Избранный
18
2
apa.az

3Источники