RU

Parlament Görüşü çərçivəsində iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya məsələlərinə həsr olunan sessiya başlayıb - FOTO

Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikasının Milli Məclis birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində "İnsanların hərəkətliliyinin və iqlim dəyişikliyinin tənzimlənməsi: İqlim dəyişikliyi nəticəsində yaranan miqrasiya və yerdəyişmə problemlərinin həlli" sessiyası işə başlayıb.

Trend xəbər verir ki, bu sessiya iqlim dəyişikliyinin artan təsirləri səbəbindən miqrasiya və əhalinin yerdəyişməsinin artan tendensiyasına həsr olunacaq.

Sessiyada parlamentlərin miqrasiyanın və yerdəyişmənin əsas səbəblərini həll etmək bacarığını müzakirə olunacaq və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyalar təşviq ediləcək.

Orada, həmçinin iqlim və insan təhlükəsizliyi arasında əlaqələri və parlamentlərin buna necə töhfə verə biləcəyini, o cümlədən iqlim dəyişikliyinə görə ölkələrin məhv olmaq riskini araşdırılacaq.

 

Tədbirdə IPU-nun Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
  • Parlament
Избранный
16
2
day.az

3Источники