RU

İqlim dəyişikliyinə cavab vermək üçün təcili tədbirlər görülməlidir - Uruqvay Senatının üzvü

İqlim dəyişikliyinə cavab vermək üçün təcili tədbirlər görülməlidir.

Trend xəbər verir ki, bunuUruqvay Senatının üzvü İrene Moreyra COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikasının Milli Məclisi birgə təşkil etdiyi parlament iclası çərçivəsində "Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri" sessiyasında çıxışı zamanı deyib.

"İqlim dəyişikliyinə cavab olaraq təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu dərk etmək çox vacibdir. İcmalarımızın, xüsusən də dolanışıqları birbaşa torpaqdan asılı olanların davamlılığını gücləndirmək üçün siyasətlərə ehtiyac var. Əhalinin sağlamlığını yaxşılaşdıran, kənd təsərrüfatı infrastrukturunu inkişaf etdirən və hamı üçün ərzaq təhlükəsizliyini təmin edən konkret iqlim fəaliyyətini təşviq etmək vacibdir", - deyə o bildirib.

İ.Moreyra vurğulayıb ki, istilik dalğaları, quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələri təkcə infrastruktur və ekosistemlərə deyil, həm də əhalinin sağlamlığına təsir göstərir.

"Məsələn, isti dalğaları, xüsusilə əhalinin ən həssas təbəqələri - yaşlılar və uşaqlar arasında ölüm nisbətlərini artırır. Daşqınlar və quraqlıqlar, öz növbəsində, yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər və içməli su təchizatını təhdid edə bilər", - deyə o bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Избранный
2
1
day.az

2Источники