Heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əksi olsaydı demokratik sistemin təsis edilməsi mümkün olmazdı.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Hökumət başçısı müxalifətin real planının parlamentə girmək olduğunu qeyd edib.
Kobaxidze müxalif partiyaların parlamentə girməyəcəklərinə dair bəyanatların qanuna zidd olduğunu əlavə edib.
“İndiki mərhələdə onların konstruktiv fəaliyyət göstərməsi çox çətindir. Təəssüf ki, bunun bir əsas səbəbi var – onlar öz qərarlarında və hərəkətlərində müstəqil deyillər və buna görə də öz destruktiv gündəmlərində qalmalı olurlar”, - Kobaxidze bildirib.
"Cebheinfo.az"