Tranzit yüklər ən çox hansı istiqamətlərdə daşınır? – Rəsmi açıqlama
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyard 905,5 milyon ton-km olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidə olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 12 milyon 765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 milyon 522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi isə 279,3 min ton təşkil edib. Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.