RU

Millidən kənarda qaldı, “Sportinfo”ya danışdı: “Üzgünəm, amma pozitivəm”

Azərbaycan millisinin aparıcı simalarından olan Renat Dadaşov bu dəfəki toplanışa dəvət olunmayıb.

“Ankaragücü”ndə top qovan 25 yaşlı hücumçu zədəli olduğu üçün Millətlər Liqasının Estoniya və İsveçlə oyunlarında yığmamıza kömək edə bilməyəcək.

Renatın özü meydanda olmasa da, ürəyi komanda yoldaşları ilə döyünəcək.

Səbəbkar Sportinfo.az-a açıqlamasında Azərbaycan seçməsinə uğurlar arzulayıb:

“Toplanışda iştirak edə bilmədiyimə görə üzgünəm. Buna baxmayaraq, pozitivəm.

Komandamıza uğurlar arzulayıram və inanıram ki, Azərbaycan millisi hər iki matçda yaxşı nəticələr qazanacaq”.

Dadaşov yığmanın heyətində meydana çıxdığı 34 oyunda vurduğu 4 qolla yadda qalıb.

HƏBİB

Избранный
59
sportinfo.az

1Источники