PSJ-nin futbolçusu Randal Kolo Muani qış transfer pəncərəsində klubundan gedib-getməyəcəyi ilə bağlı sualları cavablandırıb.
QOL.az xəbər verir ki, bu barədə "Telefoot" nəşri məlumat yayıb. O, açıqlamasında deyib: "Xeyr, bu haqda heç fikrim də olmayıb. Mən öz üzərimdə işləməyə və PSJ-yə ən yaxşısını verməyə davam edəcəm".
Qeyd edək ki, Randal Kolo Muani bu mövsüm PSJ-nin heyətində 12 oyuna çıxaraq 2 qol vurub. Onun Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.