RU

"Cütlüklər üçün ideal yaş fərqi nə qədərdir?" - təqdiqatçılar açıqlayıb

"Sevgi sadə qaydalara tabe olmur, burada həlledici amil tərəf-müqabillərin yetkinlik səviyyəsidir..."
 
Əgər tərəf-müqabilləri yetkinlik, dəyərlər və məqsədlərdə bir-birinə uyğundursa, münasibətlər hətta böyük yaş fərqində də uğurlu ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.
 
Avstraliyada aparılan tədqiqat cütlüklər üçün ideal yaş fərqini müəyyən edib, lakin ictimaiyyətin münasibəti göstərir ki, heç də hamı onun nəticələri ilə razılaşmır.
 
Tədqiqatçılar iddia edir ki, yaş fərqi münasibətlərin yaxşı olmasına təsir göstərir, hərçənd, bir çoxları hesab edir ki, burada həlledici amil tərəf-müqabillərin yetkinlik səviyyəsidir.
 
Tədqiqatın nəticələrinə görə, nikahda ən yüksək məmnunluq səviyyəsi yaş fərqinin 1-3 il , həm də kişinin qadından bir az böyük olduğu cütlüklərdə müşahidə edilib.
 
Yaş fərqinin 4-6 il olması da məqbuldur, lakin belə cütlüklərdə zamanla məmnunluq hissi azalır. Yaş fərqi 7 və daha çox olan cütlüklərdə belə meyl daha qabarıq görünür.
 
Lakin təqiqatçılar qeyd edir: "İdeal 1-3 yaş fərqinin geniş yayılmasına rəğmən, 10 yaş fərqi olan cütlüklərin münasibətləri bir çox amillərdən asılı olaraq uğurlu ola bilər".
 
İnsanlar bu barədə nə düşünür?
 
Sosial şəbəkələr istifadəçilərinin fikirləri haçalanıb. "Reddit" istifadəçilərindən biri vurğulayıb ki, münasibətlərdə başlıca amil tərəf-müqabillərinin yaşı deyil, onların yetkinliyidir.
 
"Bu, yetkinlik səviyyəsindən və bir-birinizə necə münasibət göstərməyindən asılıdır. Kiçik tərəf-müqabil diskomfort hiss etməyənədək yaşın əhəmiyyəti yoxdur".
 
Digər şərhçi qeyd edib ki, tərəf-müqabillər arasında illərin sayından daha çox şəxsi uyğunluq, qarşılıqlı həvəs və ümumi dəyərlər önəmlidir.
 
Üçüncü istifadəçi öz şəxsi təcrübəsini bölüşüb: "Mənim 39, keçmiş tərəf-müqabilimin 49 yaşı var. Burada yaş fərqindən daha çox yetkinlikdən danışmaq olar. Nəticədə biz müxtəlif insan olduğumuzu anladıq və mən qərara gəldim ki, ən yaxşısı ayrılmaqdır".
 
Startistik məlumatlara rəğmən, sevgi sadə qaydalara tabe olmur. Münasibətlər tərəf-müqabillərin yetkinlik, dəyərlər və həyatda məqsədləri uyğun olduqda hətta yaş fərqi çox olduğu zaman da uğurlu ola bilər.
Избранный
72
1
moderator.az

10Источники