RU

Baş redaktor FACİƏLİ şəkildə öldü

Kursk vilayətindən olan regional "Xalq qəzeti"nin baş redaktoru Yuliya Kuznetsova Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu nəticəsində ölüb. Regional hakimiyyət orqanlarının məlumatına görə, hadisə o, həmkarı ilə redaksiya sənədlərini redaksiyadan yığışdıran zaman baş verib. 

QAZÍLER.AZ  Lent.az-a istinadla verdiyi xəbərinə görə, hücum zamanı “Xalq qəzeti”nin elektron yazı və tərtibat operatoru və yerli polis məmuru isə yaralanıb.

Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib ki, Kuznetsova Bolşesoldatski rayonunda ölüb - Ukraynaya məxsus pilotsuz uçan aparat avtomobili vurub.

Kuznetsovanın 34 yaşı vardı və 2008-ci ildən “Xalq qəzeti”ndə işləyirdi. İki azyaşlı uşağı olan jurnalistin 2023-cü ilin iyul ayından qəzetin rəhbəri vəzifəsini icra etdiyi və sonra baş redaktor təyin edildiyi bildirilir.

Избранный
24
1
qaziler.az

2Источники