RU

İrəvanda yarpaq tökümü: 5 vəzifəli şəxs İSTEFA VERDİ

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan və daxili işlər naziri Vahe Qazaryan vəzifələrindən azad olunmaq üçün ərizə verib.

Bizim.Media xəbər verir ki, bu məlumatı “Radar Ermənistan” nəşri yayıb.
 

Xatırladaq  ki, bir müddət əvvəl KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın da vəzifədən azad edilməsi ilə bağlı ərizələr təqdim etdiyi barədə məlumat yayılmışdı.


Yayılan məlumatlara görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.

News.am-a müsahibəsində komitənin mətbuat katibi Marina Ohancanyan bu məlumatı təkzib edərək, bundan xəbərsiz olduğunu deyib.

Bizim.Media

Избранный
34
3
bizim.media

4Источники