Türkiyə hakimiyyəti İsrail prezidenti İsaak Hersoqun təyyarəsi üçün hava məkanını bağlamaq qərarına gəlib və bu səbəbdən o, BMT-nin Bakıda keçiriləcək iqlim sammitində iştirak edə bilməyib.
Müvafiq məlumatı Türkiyənin “Milliyet” nəşri İsrail və Türkiyə diplomatik dairələrindəki mənbələrə istinadən yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Türkiyənin İsrail prezident təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsi olub, – materialda deyilir.
Çərşənbə günü, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın İsraillə diplomatik əlaqələrini dayandırdığını elan edib.
DOĞRU.AZ