RU

Millətlər Liqası: İngiltərə İrlandiyanı "topa tutdu", Fransa İtaliyaya qalib gəldi

UEFA Millətlər Liqasında bu gün 6-cı turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Bununla da, 16 yığma qrup mərhələsində son matçlarına çıxıblar.

Artıq B və C Liqalarında 6 görüş keçirilib. İngiltərə İrlandiyanı, Norveç Qazaxıstanı 5 cavabsız qolla darmadağın edib. 

Günün mərkəzi oyunu A Liqasında İtaliya ilə Fransa arasında baş tutub. Fansızlar səfərdə inamlı qələbə qazanaraq qrup birinciliyinə yiyələniblər. 

Qeyd edək ki, növbəti turun oyunları 18-19 noyabr tarixlərində keçiriləcək.

UEFA Millətlər Liqası
VI tur
17 noyabr

C Liqası, 4-cü qrup

Latviya - Ermənistan 1:2
Qollar:
Uldirikis, 70 - Spertsyan, 48. Miranyan, 74.

Şimali Makedoniya - Farer adaları 1:0
Qol:
Miovski, 60. 

Xal durumu: Şimali Makedoniya - 16, Ermənistan - 7, Farer adaları - 6, Latviya - 4.

B Liqası, 2-ci qrup

İngiltərə - İrlandiya 5:0
Qollar:
Keyn, 53. Qordon, 56. Qallaxer, 58. Bouen, 76. Harvud-Bellis, 79. 

Finlandiya – Yunanıstan 0:2
Qollar:
Bakasetas, 52. Tsolis, 56. 

Xal durumu: İngiltərə - 15, Yunanıstan - 15, İrlandiya - 6, Finlandiya - 0.

B Liqası, 3-cü qrup

Norveç - Qazaxıstan 5:0
Qollar:
Holand, 23; 37; 71. Sorlot, 41. Nusa, 76. 

Avstriya – Sloveniya 1:1
Qollar:
Şmid, 27 - Çerin, 81. 

Xal durumu: Norveç - 13, Avstriya - 11, Sloveniya - 8, Qazaxıstan - 1.

A Liqası, 2-ci qrup

İtaliya - Fransa 1:3

Qollar: Kambyaso, 35 - Rabyo, 2; 65. Vikario, 33-öz qapısına. 

İsrail - Belçika 1:0

Qol: Şua, 86.

Xal durumu: Fransa - 13, italiya - 13, Fransa - 10, Belçika - 4, İsrail - 1.

Избранный
18
12
fanat.az

10Источники