UEFA Millətlər Liqasında bu gün 6-cı turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Bununla da, 16 yığma qrup mərhələsində son matçlarına çıxıblar.
Artıq B və C Liqalarında 6 görüş keçirilib. İngiltərə İrlandiyanı, Norveç Qazaxıstanı 5 cavabsız qolla darmadağın edib.
Günün mərkəzi oyunu A Liqasında İtaliya ilə Fransa arasında baş tutub. Fansızlar səfərdə inamlı qələbə qazanaraq qrup birinciliyinə yiyələniblər.
Qeyd edək ki, növbəti turun oyunları 18-19 noyabr tarixlərində keçiriləcək.
UEFA Millətlər Liqası
VI tur
17 noyabr
C Liqası, 4-cü qrup
Latviya - Ermənistan 1:2
Qollar: Uldirikis, 70 - Spertsyan, 48. Miranyan, 74.
Şimali Makedoniya - Farer adaları 1:0
Qol: Miovski, 60.
Xal durumu: Şimali Makedoniya - 16, Ermənistan - 7, Farer adaları - 6, Latviya - 4.
B Liqası, 2-ci qrup
İngiltərə - İrlandiya 5:0
Qollar: Keyn, 53. Qordon, 56. Qallaxer, 58. Bouen, 76. Harvud-Bellis, 79.
Finlandiya – Yunanıstan 0:2
Qollar: Bakasetas, 52. Tsolis, 56.
Xal durumu: İngiltərə - 15, Yunanıstan - 15, İrlandiya - 6, Finlandiya - 0.
B Liqası, 3-cü qrup
Norveç - Qazaxıstan 5:0
Qollar: Holand, 23; 37; 71. Sorlot, 41. Nusa, 76.
Avstriya – Sloveniya 1:1
Qollar: Şmid, 27 - Çerin, 81.
Xal durumu: Norveç - 13, Avstriya - 11, Sloveniya - 8, Qazaxıstan - 1.
A Liqası, 2-ci qrup
İtaliya - Fransa 1:3
Qollar: Kambyaso, 35 - Rabyo, 2; 65. Vikario, 33-öz qapısına.
İsrail - Belçika 1:0
Qol: Şua, 86.
Xal durumu: Fransa - 13, italiya - 13, Fransa - 10, Belçika - 4, İsrail - 1.