RU

Bü gündən kreditorlara ödənişlər başlanacaq

Fins.az - Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarına müraciət edərək, ödəniş prosesinin başlanacağı barədə məlumat yayıb.

Fondan bildirib ki, Azərbaycan Respublikası "Banklar haqqında" Qanununun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin və əmək haqlarının verilməsi, habelə təminatsız kreditorların tələbləri üzrə ödənişlərə 18 noyabr 2024-cü ildən başlanacaqdır.

Ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcəkdir. Kreditorlardan tələb olunur ki, müvafiq sənədləri, o cümlədən bank rekvizitlərini Əmanətlərin Sığortalanması Fonduna təqdim etsinlər.

Kreditorların müraciətləri üçün ünvan və əlaqə nömrəsi:

Ünvan: Bakı şəhəri, Babək prospekti 16, Əmanətlərin Sığortalanması Fondunun inzibati binası.
Qaynar xətt: (+994) 941

Bu məlumatla əlaqədar kreditorlar tərəfindən müraciətlərin qəbulu və ödəniş prosesinin başlanması gözlənilir.

Избранный
35
fins.az

1Источники