RU

Aİ nazirləri görüşəcək: Müzakirə olunacaq məsələlər

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri və müdafiə nazirləri Ukraynanı, həmçinin Rusiya və İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

News365.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.  Məlumata görə, müzakirə noyabrın 18 və 19-da Brüsseldə keçiriləcək görüşlərdə baş tutacaq. 

Bildirilib ki, əsas mövzulardan biri cəbhədə Kiyev üçün çətin vəziyyət fonunda Ukraynaya davamlı dəstək və Amerika yardımının davam etdirilməsi perspektivləri olacaq. 

Noyabrın 18-də xarici işlər nazirlərinin Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqanı hazırkı vəziyyətlə bağlı videobağlantı vasitəsilə dinləməsi gözlənilir. 

Görüşlərdə ABŞ və Yaxın Şərqlə əlaqəli məsələlərin də müzakirə olunacağı qeyd olunub.

Избранный
26
1
news365.az

2Источники