RU

Enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 100 milyondan çox iş yeri yarada bilər

Enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər.

APA xəbər verir ki, bunu BƏT-in İş və sosial müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, milli adaptasiya planları və digər iqlim siyasətlərində gənclər, uşaqlar və qadınlarla bağlı məsələyə diqqət yetirilməlidir:

"Təhsil, bacarıqlar, səhiyyə, iş yerləri və sosial müdafiəyə fokuslanaraq insan inkişafına üstünlük verilməlidir. BƏT-in qlobal tədqiqatı göstərir ki, enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər".

Избранный
2
2
apa.az

3Источники