RU

Xəzər dənizində suyun səviyyəsi niyə azalır? - "Bu, dağıdıcı təsirlərə səbəb ola bilər"

"Xəzərin dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır".

Mia.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangiri COP29 çərçivəsində Azərbaycan pavilyonunda iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş tədbirdə bildirib.

"Dəniz səviyyəsinin cari templə azalmasının davam etməsi dağıdıcı nəticələrə səbəb ola, kiçik körfəzlərin və su-bataqlıq ərazilərin quruması da daxil olmaqla ekoloji böhrana gətirib çıxara bilər", - Ə.Cahangiri qeyd edib.

Избранный
1
1
mia.az

7Источники