RU

Bu keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər -

"Beynəlxalq Əmək Təşkilatının (BƏT) qlobal tədqiqatı enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçidin 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada biləcəyini göstərir".

Teleqraf.com xəbər verir ki, bunu BƏT-in İş və sosial müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışında deyib: "Təhsil, bacarıqlar, səhiyyə, iş yerləri və sosial müdafiəyə fokuslanaraq insan inkişafına üstünlük verilməlidir. BƏT-in qlobal tədqiqatı göstərir ki, enerji dayanıqlılığına və dairəvi iqtisadiyyata keçid 2030-cu ilə qədər qlobal miqyasda 100 milyondan çox iş yeri yarada bilər".

Mia Seppo bildirib ki, tam iş potensialının reallaşdırılması yeni "yaşıl iş yerləri" üçün təhsil və təlimə, həmçinin tənəzzüldə olan sənayelərdən işçilərin yeni inkişaf edən yaşıl sahələrə keçidinə kömək etmək üçün yenidən ixtisaslaşma və ixtisasartırmaya böyük sərmayə qoyulmasından asılıdır.


Müəllif: Rəqsanə Həsənova
Избранный
5
2
teleqraf.com

3Источники