Məlum olduğu kimi, noyarbın 11-də start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) dünyanın bir sıra ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların rəsmiləri də qatılıblar. Onların əksəriyyəti paytaxtımız və COP29-un təşkilatçılığı ilə bağlı müsbət paylaşımları ilə yadda qalıblar.
Bizim.Media xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi Katibliyinin rəsmisi Tomas Bahr da öz “Linkedİn” hesabında COP29-la bağlı etdiyi paylaşımlarla diqqət çəkib.
O, konfrans başlamazdan əvvəl etdiyi paylaşımda COP29-un Media Mərkəzi ilə bağlı müsbət fikirlərini qeyd edib:
“Şübhəsiz ki, bu, COP tarixində indiyə qədər gördüyüm ən heyrətamiz Media Mərkəzi/Beynəlxalq Yayım Mərkəzidir. İqlim dəyişikliyi ilə mübarizəmiz haqqında məlumat vermək üçün mediaya dəstək verməyi səbirsizliklə gözləyirəm”.
Tomas Bahr COP29-la bağlı Bakıya gəldikdən sonra etdiyi paylaşımda isə “COP29-da Azərbaycan və Bakı şəhəri məni heyrətamiz ev sahibi kimi qarşıladı”, - deyə qeyd edib.
Bahr COP29 çərçivəsində keçirilən tədbirlərin təşkilatçılığı ilə bağlı da müsbət fikirdə olduğunu vurğulayıb.
BMT rəsmisi noyabrın 17-də isə Bakının görməli yerləri ilə bağlı paylaşım edib:
“Bu gün COP29-da istirahət günüdür. Bakı şəhərini kəşf etmək vaxtıdır”.
Qeyd edək ki, Tomas Bahr Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Katibliyinin Məlumatların İdarəedilməsi üzrə meneceridir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта