RU

İranın XİN rəsmisindən Bakıda Xəzərlə bağlı çağırış

Xəzərin dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır.

Gundem.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangiri COP29 çərçivəsində Azərbaycan pavilyonunda iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, dəniz florası və faunası, həmçinin sahilyanı ərazilərin sosial-iqtisadi inkişafı üçün təhlükə yaradır:

"Dəniz səviyyəsinin cari templə azalmasının davam etməsi dağıdıcı nəticələrə səbəb ola, kiçik körfəzlərin və su-bataqlıq ərazilərin quruması da daxil olmaqla ekoloji böhrana gətirib çıxara bilər".

O vurğulayıb ki, suyun səviyyəsində tərəddüdlərə nəzarət və su-bataqlıq ərazilərin və göllərin bərpası sahəsində beynəlxalq təcrübənin tətbiqi, həmçinin sahilyanı ərazilərin əhalisinin həyat fəaliyyətinin təmin edilməsi region ölkələri arasında əməkdaşlıq məsələlərində prioritet olmalıdır.

Избранный
14
5
gundem.az

7Источники