1960-cı illərdə həyat sığortası şirkəti işçiləri ilə problem yaşayırdı. Onların həyat sığortası şirkəti olduqlarını nəzərə alsaq, daim ölüm-dirim söhbətinin olması, stressin artması normaldır.

İndex.az xəbər verir ki, “The State Mutual Life Assurance” adlı bir şirkət işçilərin əhval-ruhiyyəsini yüksəltmək üçün bir şey etmək istədi və qrafik dizayneri işə götürdü və insanları şənləndirmək üçün bir dizayn istədi.

Harvey Ross Ball adlı dizayner sarı gülüş siması dizayn etdi və şirkəti gülən üzü əks etdirən plakatlar, işarələr və düymələrlə doldurdu. Dizayn işçilər arasında o qədər populyarlaşdı ki, tezliklə şirkətdən kənarda yayıldı. Rəsm yəqin ki, sizə tanış görünür, amma onun haradan gəldiyini bilmirsiniz.

Zamanla bu simvolik gülüş rəsmi standarta çevrildi və hər kəs tərəfindən tanındı. Emojilərin oradan yarandığı düşünülür.

2011-ci ildə “Apple” emojiləri öz cihazlarında beynəlxalq səviyyədə istifadəyə verməyə başladı.

Bununla belə, əhəmiyyətli sayda animasiya personajlarında (Minions, SpongeBob, Pikachu) sarı ilə qarşılaşmağımız da onun sevinclə əlaqəsi olduğunu göstərir. Sarı rəng həm də xoşbəxtliyi təmsil edir.

Sarı rəng mavi, qırmızı və ya yaşıl kimi digər əsas rənglərdən daha yaxşı kontrast təmin edir. Üzün təfərrüatları sarı rəngdə daha asan görünür və beləliklə, duyğular daha yaxşı çatdırılır.

Həm də, dünyada çoxlu dəri rəngləri olduğundan, hamısı üçün ayrı-ayrı emojilər hazırlana bilməz və ya dəri rəngindən asılı olmayaraq standart rəng seçmək səbəblər arasında ola bilər, çünki tək rəng seçilsə irqçilik olar.