RU

Ukraynanın Sumı şəhərində raket zərbəsindən ölənlərin sayı artdı: şəhərdə iki günlük matəm elan edildi

Noyabrın 17-də Rusiya raketinin Sumıda hündürmərtəbəli yaşayış binasını vurması nəticəsində 68 nəfər xəsarət alıb.

Editor.az bildirir ki, bu barədə şəhər meri Artem Kobzar məlumat verib. Ümumilikdə yüzdən çox insan kömək üçün Dövlət Fövqəladə Hallar Xidməti və Qırmızı Xaç məntəqələrinin çadırlarına üz tutub.

Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, artıq qurbanların sayı ikisi uşaq olmaqla 11 nəfərə çatıb. Şəhərdə rus işğalçılarının hücumu nəticəsində həlak olanlar üçün iki günlük matəm elan edilib. “Sumı şəhərinin ərazi icmasında həlak olanların hüzn əlaməti olaraq noyabrın 18-i və 19-u matəm günləri elan edilib”, – Kobzar Telegram-da bildirib.

//Samir Qurbanov, Editor.az

Избранный
8
editor.az

1Источники