RU

GCF Kommunikasiya rəhbəri: İqlim maliyyəsi ən həssas yerlərə sürətli şəkildə səfərbər edilməlidir

İnsanları iqlim maliyyəsinin mərkəzinə qaytaran müzakirələrdən, təhsil, səhiyyə, sosial müdafiə, məşğulluqla insan inkişafının ən çətin yerlərdə getdikcə artan mühüm kəsişməsindən başlamaq lazımdır.

"Report" xəbər verir ki, bunu Yaşıl İqlim Fondunun (GCF) Kommunikasiya rəhbəri Stefani Spek COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, mütləq vacibdir və iqlim maliyyəsi ən həssas yerlərə sürətli şəkildə səfərbər edilməlidir: "Təkcə layihələr deyil, həm də inklüzivlik təmin edilməli, eyni zamanda ədalət və bərabərliklə həyata keçirilməlidir".

GCF rəsmisi vurğulayıb ki, Fond bu sahədəki məsuliyyətlərini həm birbaşa öz investisiyaları vasitəsilə (hazırda 16 milyard dollar həcmində), həm də digər mənbələr hesabına icra edir: "Maliyyələşməyə 60 milyard dollardan çox investisiya cəlb etmişik. Məqsədyönlü şəkildə səhiyyə, təhsil və sosial müdafiəyə artan investisiyalar yatırmağa çalışırıq".

O qeyd edib ki, bu sahədə daha çox iş görülməlidir: "Uzunmüddətli dolanışıq vasitələri yaratmalıyıq. İstixana qazı emissiyalarının azaldılması yolu ilə iqlim dəyişikliyinin yumşaldılmasına birbaşa və məqsədyönlü töhfə verən ictimai işlər proqramları, gəlir transferləri təmin etməklə, yumşaldılmanın sosial təsirlərini həll etməyə və ədalətli keçidləri dəstəkləməyə kömək edən bacarıqlar yaratmaq lazımdır".

Избранный
17
report.az

1Источники