RU

"Beşiktaş"ın futbolçusu İngiltərəyə qayıdır

"Beşiktaş"ın futbolçusu Aleks Oksleyd-Çemberleyn ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Şeffild Yunayted" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

31 yaşlı orta xətt oyunçusunu mövsümün əvvəlində heyətinə qata bilməyən Çempionşip təmsilçisi yanvar ayında yenidən Türkiyə klubuna müraciət edəcək.

Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn 2023-cü ilin yayından "Beşiktaş"da çıxış edir. 31 yaşlı futbolçu bu mövsüm komandanın heyətində rəsmi oyunlarda iştirak etməyib. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm isə "qara qartallar"ın forması ilə keçirdiyi 30 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Избранный
18
sportal.az

1Источники