RU

BMT rəsmisi Tomas Bahr COP29-un təşkilatçılığını yüksək qiymətləndirdi – FOTO

Məlum olduğu kimi, noyarbın 11-də start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) dünyanın bir sıra ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların rəsmiləri də qatılıblar. Onların əksəriyyəti paytaxtımız və COP29-un təşkilatçılığı ilə bağlı müsbət paylaşımları ilə yadda qalıblar.

Gundem.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi Katibliyinin rəsmisi Tomas Bahr da öz “Linkedİn” hesabında COP29-la bağlı etdiyi paylaşımlarla diqqət çəkib.

O, konfrans başlamazdan əvvəl etdiyi paylaşımda COP29-un Media Mərkəzi ilə bağlı müsbət fikirlərini qeyd edib:

“Şübhəsiz ki, bu, COP tarixində indiyə qədər gördüyüm ən heyrətamiz Media Mərkəzi/Beynəlxalq Yayım Mərkəzidir. İqlim dəyişikliyi ilə mübarizəmiz haqqında məlumat vermək üçün mediaya dəstək verməyi səbirsizliklə gözləyirəm”.

Tomas Bahr COP29-la bağlı Bakıya gəldikdən sonra etdiyi paylaşımda isə “COP29-da Azərbaycan və Bakı şəhəri məni heyrətamiz ev sahibi kimi qarşıladı”, - deyə qeyd edib.

Bahr COP29 çərçivəsində keçirilən tədbirlərin təşkilatçılığı ilə bağlı da müsbət fikirdə olduğunu vurğulayıb.

BMT rəsmisi noyabrın 17-də isə Bakının görməli yerləri ilə bağlı paylaşım edib:

 

“Bu gün COP29-da istirahət günüdür. Bakı şəhərini kəşf etmək vaxtıdır”.

Qeyd edək ki, Tomas Bahr Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Katibliyinin Məlumatların İdarəedilməsi üzrə meneceridir.

 

Избранный
12
2
gundem.az

3Источники