RU

İran Hizbullahı atəşkəsə razılaşmağa ÇAĞIRDI

İran Hizbullahı atəşkəsə razılaşmağa çağırıb.

İnterpress.az xəbər verir ki,  bu barədə “The New York Times” məlumat yayıb. Bildirilir ki, ötən həftə Beyruta səfər edən İranın Ali Rəhbərinin müşaviri Laricani Xameneidən Hizbullaha mesaj göndərib.

İran mənbələrinin məlumatına görə, Tehran BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi əsasında atəşkəs və Litani çayının cənubuna qoşunların çıxarılmasını tələb edir.

İran həmçinin qrupa dəstəyini davam etdirəcəyinə və onun güc qazanmasına və “müharibədən çıxmasına” kömək edəcəyinə əmin edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı il avqustun 11-də 1701 saylı qətnaməsi qəbul edilib və buna əsasən İkinci Livan müharibəsindən sonra bölgədə atəşkəs elan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники